Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Iyun 2020 11:33
Türkiyə Böyük Millət Məclisinin Xarici əlaqələr komissiyasının sədri Volkan Bozkır Birləşmiş Millətlər Təşkilatı (BMT) Baş Assambleyasının 75-ci sessiyasının sədri seçilib. Bu, tarixdə ilk dəfə olaraq, Türkiyə nümayəndə heyətinin ora seçilməsidir.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, bunu Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov parlamentin bu gün keçirilən plenar iclasında deyib.
Komitə sədri bu münasibətlə V.Bozkırı təbrik edib.
Daha sonra çıxış edən Milli Məclisin Sədri Sahibə Qafarova da təbrikə qoşulub. Spiker qeyd edib ki, V.Bozkır Türkiyə xalqının ləyaqətli oğludur.
Milli Məclisin deputatları bu münasibətlə onu alıqşlayıblar.