Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

330 gündən sonra meydana qayıtdı - Topa ilk toxunuşu qol oldu - VİDEO

330 gündən sonra meydana qayıtdı - Topa ilk toxunuşu qol oldu - VİDEO

Tarix: 19 Iyun 2020 13:20

"Real"ın futbolçusu Marko Asensionun uzun müddət zədədən sonra meydana qayıdışı uğurlu alınıb.

Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, 2019-cu il iyulun 24-də zədələnən ispaniyalı hücumçu ötən gecə La Liqanın 29-cu turunda "Valensiya" ilə görüşün (3:0) 74-cü dəqiqəsində meydana çıxıb.

24 yaşlı forvard meydana daxil olan dəqiqədə Ferlan Mendinin ötürməsini saxlamadan, birbaşa rəqib qapısına göndərib. Beləliklə o, 330 günlük fasilədən sonra topa ilk toxunuşundaca qol vurub.

Bundan başqa, görüşün 86-cı dəqiqəsində Kərim Benzemanın qolunun ötürməsini də Asensio verib.


Etiketlər:  gündən sonra meydana qayıtdı Topa toxunuşu oldu VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ