Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Peşə Təhsili Mərkəzində gündəlik 50 min maska istehsal edilir

Peşə Təhsili Mərkəzində gündəlik 50 min maska istehsal edilir

Tarix: 19 Iyun 2020 15:12

Bakı. İlhamə İsabalayeva - Trend:

Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin “Save Tekstil” MMC ilə birgə başladığı layihə çərçivəsində mərkəzdə gündəlik 50 min maska istehsal edilir.

Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, istehsal gücünün artırılması məqsədilə Türkiyə və Çindən əlavə olaraq 10 yeni avadanlıq gətirilərək istehsal sahəsində quraşdırılıb. İstehsal prosesinə cəlb edilən, müvafiq ixtisaslar üzrə təhsil alan 20-yə yaxın Peşə Təhsil Mərkəzinin məzunu ikinövbəli rejimlə işləyir ki, bu da istehsal prosesinin fasiləsiz aparılmasını təmin edir.

İlkin istehsal dövrü ilə müqayisədə gündəlik istehsal imkanı 3 dəfədən çox artırılaraq, 15 000 maskadan 50 000 maskaya çatdırılıb. günlük istehsal gücünün 80 000 maskaya çatdırılması planlaşdırılır.

Qeyd edək ki, müəssisənin məhsulları ilkin olaraq daxili bazarda tələbatı ödəməyə yönəldilib. Hazırda istehsal olunan maskalar ölkə ərazisində fəaliyyət göstərən apteklərdə satışdadır.


Etiketlər:  Peşə Təhsili Mərkəzində gündəlik maska istehsal edilir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ