Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Iyun 2020 22:34
"Yuventus"un futbolçuları İtaliya kubokun finalında "Napoli"yə məğlubiyyətdən (əsas vaxt - 0:0, penaltilər seriyası - 2:4) sonra baş məşqçi Maurisio Sarriyə olan inamlarını itiriblər.
Qol.az "La Gazzetta Dello Sport"a istinadən xəbər verir ki, oyunçular italiyalı mütəxəssisin strategiyasından məyus olublar.
Bildirilib ki, futbolçular və klubun azarkeşləri 61 yaşlı çalışdırıcıya daha dəstək olmurlar. Rəhbərlik komanda A Seriyasında və Çempionlar Liqasında yaxşı nəticələr əldə etməsə, Sarrini istefaya göndərmək variantını nəzərdən keçirir.
Qeyd edək ki, "Yuventus" bu mövsümün əvvəli İtaliya superkuboku uğrunda mübarizədə "Latsio"ya uduzmuşdu.