Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Iyun 2020 11:40
"Bizim vətəndaşlarımızdan kiçik bir xahişimiz var ki, SMS icazə sistemindən uyğun şəkildə istifadə edək və zəruri olmayan halda SMS sistemini yükləməyək".
Sonxeber.net Trend-ə istinadən xəbər verir ki, bunu Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Operativ Qərərgahın bu gün keçirilən brifinqində deyib.
Ü.Mehdiyev bildirib ki, əvvəlki sərt karantin rejimində SMS-lərin 60 faizi uyğun olmayan müraciətlər idi və nəticədə zəruri xidmətə ehtiyacı olan vətəndaşlara vaxtında cavab verilmirdi.
Onun sözlərinə görə, əvvəlki dövrdə gün ərzində 1 milyondan artıq SMS gəlirdi və hər bir SMS-ə cavab verilməsi üçün 15-20 saniyə vaxt tələb olunurdu.
Ü.Mehdiyev bildirib ki, SMS icazə qaydalarının pozulması karantin rejiminin pozulmasıdır və bununla bağlı qanunvericiliyə uyğun tədbir görüləcək.
O əlavə edib ki, SMS-lə bağlı problem yaranarsa, vətəndaşlar 9108 nömrəsinə zəng edə bilərlər.