Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Iyun 2020 11:44
Türkiyə superliqasının dünən keçirilən “Ankaragücü” – “Başakehir” matçında (1:2) qəribə hadisə baş verib.
Qol.az xəbər verir ki, matç azarkeşlərin iştirakı olmadan keçirilsə də, qonaq komandanın futbolçusu Demba Baya içi su ilə dolu butulka atılıb.
Butulka əvəzləndikdən sonra texniki zonada oturan futbolçunun ayağına dəyib. O, ciddi zədə almayıb.
“Azarkeşsiz keçirilən oyun üçün komik bir olaydır. Yüngül bir zədə aldı. Butulkanı kimin atdığı tapılar” – deyə matçdan sonra “Başakşehir”in baş məşqçisi Okan Buruk bildirib.