Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Koronavirusa yoluxan şəxs yenidən yoluxa bilər? - RƏSMİ AÇIQLAMA

Koronavirusa yoluxan şəxs yenidən yoluxa bilər? -  RƏSMİ AÇIQLAMA

Tarix: 20 Iyun 2020 12:02

"COVİD-19-a yoluxanların yenidən bu virusa yoluxması barədə hələ konkret fikir söyləmək mümkün deyil".

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) şöbə müdiri Yaqut Qarayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində bildirib.

Onun sözlərinə görə, adətən, respirator xəstəlikləri keçirən insanlarda bu virusa qarşı çox uzunmüddətli immunitet yaranmır: "Bu barədə çox suallar verilir. Mənim qohumlarım arasında da xəstəliyi ağır keçirənlər var. Mən özüm də onlara qorunmağı tövsiyə edirəm. Pnevmaniya müalicə edildikdən sonra 2 həftə ərzində xəstələr mütləq özlərini qorumalıdırlar".

Y.Qarayeva qeyd edib ki, artıq xəstəliyi keçirmiş insanlar arasında streoloji testlərin keçirilməsinə başlanılıb: "Biz bununla öyrənirik ki, yoluxub sağalmış insanlarda xəstəliyə qarşı immunitet yaranıb, ya yox".

Milli.Az


Etiketlər:  Koronavirusa yoluxan şəxs yenidən yoluxa bilər RƏSMİ AÇIQLAMA


RƏYLƏR