Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

AMEA-nın hərbi məhsulları Azərbaycan-Türkiyə birgə hərbi təlimlərində nümayiş olunur

AMEA-nın hərbi məhsulları Azərbaycan-Türkiyə birgə hərbi təlimlərində nümayiş olunur

Tarix: 13 Iyun 2019 22:48

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycan Milli Elmlər Akademiyasının Strateji Elmi Tədqiqatlar Mərkəzinin istehsal etdiyi hərbi məhsullar Azərbaycan-Türkiyə birgə hərbi təlimlərində nümayiş olunur.

Akademiyadan Trend-ə verilən məlumata görə, Azərbaycan və Türkiyə arasında hərbi əməkdaşlıq haqqında sənədə əsasən, “Mustafa Kamal Atatürk-2019” Azərbaycan-Türkiyə birgə döyüş atışlı taktiki təlimlərində SETM də iştirak edib. Hər iki ölkə ordularının şəxsi heyəti, zirehli texnikası, artilleriya qurğuları və minaatanları, hərbi hava qüvvələrinin döyüş və nəqliyyat helikopterləri, həmçinin hava hücumundan müdafiə və zenit-raket bölmələrinin cəlb edildiyi təlimdə SETM-in hərbi məhsulları nümayiş olunub.

Azərbaycan və Türkiyə hərbi bölmələrinin qarşılıqlı fəaliyyətinin koordinasiyasına nail olunması məqsədi daşıyan təlimdə istifadə olunacaq silah, hərbi və xüsusi texnika nümunələrinə təcrübəli mütəxəssislər tərəfindən baxış keçirilib. Hərbi mütəxəssislər SETM tərəfindən icra olunan və ölkəmiz üçün strateji əhəmiyyət kəsb edən hərbi, müdafiə və mülki xarakterli məhsulların son hazır nümunələrini yüksək qiymətləndiriblər.


Etiketlər:  AMEA nın hərbi məhsulları Azərbaycan Türkiyə birgə hərbi təlimlərində nümayiş olunur


RƏYLƏR