Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Iyun 2019 08:04
Bakı. Trend:
Yəmənin "Ənsar Allah" (husilər) üsyançı hərəkatının tərəfdarları pilotsuz uçuş aparatları vasitəsilə ilə Səudiyyə Ərəbistanın Abha hava limanına hücum edib.
Trend-in məlumatına görə, bu barədə "Al Massira" telekanalı xəbər verib.
Səudiyyə mətbuat orqanı, öz növbəsində, bildirib ki, Krallığın hava müdafiə sistemi və hərbi hava qüvvələri beş pilotsuz uçuş aparatının qarşısını ala bilib. Həmin aparatlar Xamis-Muşait şəhərini də hədəf alıb.
Qeyd edildiyi kimi, hava limanında uçuş əlaqəsi pozulmayıb, uçuş və enişdə heç bir gecikmə qeydə alınmayıb.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin