Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Neftçi”dən 7-ci, “Qarabağ”dan 6-cı bombardir

“Neftçi”dən 7-ci, “Qarabağ”dan 6-cı bombardir

Tarix: 21 Iyun 2020 16:02

Azərbaycan Premyer Liqasının 2019/2020 mövsümündə 4 futbolçu bombardir tituluna yiyələnib.

Bunlar "Neftçi"dən Baqali Dabo və Stiven Monroz, "Sumqayıt"dan Peyman Babayi və "Qarabağ"dan Mahir Emrelidir. Onlar hərəyə 7 qol vurub. Bu, ilk belə hadisədir ki, bombardir adına 4 şərik olur.

Dabo və Emreli ikinci dəfə belə uğura imza atmaqla Zaur Ramazanova çatıb. Bu göstəricidə rekord 3 dəfə bombardir olan Nazim Əliyevə məxsusdur.

İndiyədək ən çox futbolçusu bombardir olan klub “Neftçi”dir. Paytaxt təmsilçisinin bombardir olan oyunçularının sayı 7-yə çatıb. Cari mövsümədək bakılılarla şərik olan “Qarabağ”da bu rəqəm 6-dır. Babayi “Sumqayıt”ın tarixinə titul qazanan ilk oyunçu kimi düşüb (pfl.az).

 


Etiketlər:  Neftçidən 7 ci Qarabağdan 6 bombardir


RƏYLƏR