Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Soyuqdəymənin müalicəsi ilə bağlı 5 YANILMA

Soyuqdəymənin müalicəsi ilə bağlı 5 YANILMA

Tarix: 21 Iyun 2020 22:30

Soyuqdəymə payız-qış fəsillərində ən tez-tez təsadüf etdiyimiz xəstəlikdir. Bu xəstəliyin müalicəsi ilə bağlı bir çox yanılmalar var.

Sonxeber.net saglamolun.az-a istinadən bu yanılmaları ilə tanış edir.

1. Soyuqdəymə müalicə olunur

Əslində soyuqdəymənin müalicəsi yoxdur. Soyuqdəyməni 300-dən artıq müxtəlif virus yaradır və bütün bu virusları öldürən universal vasitə yoxdur. Həm də belə vasitəyə ehtiyac da yoxdur. İmmun sistemimiz bu viruslarla effektli şəkildə mübarizə aparır və onları 5-7 gün ərzində dəf edir. 

2. Soyuqdəymə və qripp eyni xəstəliklərdir

Bu da yanılmadır. Qripp çox ağır və təhlükəli xəstəlikdir. Təxminən 100 il bundan əvvəl "ispan qrippi" epidemiyasından 40 milyona qədər (!) insan ölüb. Qripp çox ağır fəsadlar verə bilir (ağciyər, ürək, beyin iltihabları) ki, bu fəsadlar (xüsusilə söhbət ağciyər iltihabı olan pnevmoniyadan gedir) əlilliyə və ölümə səbəb ola bilir.

Qripp soyuqdəymə ilə müqayisədə özünü daha ağır simptomlarla büruzə verir: kəskin qalxan yüksək qızdırma, bütün bədəndə güclü ağrılar, ağır intoksikasiya, halsızlıq və s. Qripdən şübhələnirsinizsə dərhal  həkimə müraciət edin!

Soyuqdəymə qriplə müqayisədə daha yüngül keçir və çox nadir hallarda hər hansı fəsad verir.

3. Antibiotiklər kömək edəcək!

Bu ən yayılmış və ən təhlükəli yanılmadır. Antibiotiklər viruslara təsir etmir! Antibiotiklər yalnız bakteriyaları öldürür!

Antibiotiklərin tez-tez və səbəbsiz qəbulu orqanizmin onlara qarşı həssaslığını azaldır və artıq antibiotiklər orqanizmə lazım olan təsir etmir. Bu bütün dünyada mövcud olan problemdir.

Lakin digər tərəfdən, məslən tonzillit və ya pnevmoniyanın müalicəsində mütləq antibiotiklərdən istifadə olunmalıdır ki, əks halda bu çox ciddi fəsadlar verə bilər.

4. İsti maye qəbul etmək lazımdır!

Əksinə ilıq və hətta bir qədər sərin maye qəbul etmək lazımdır. İsti maye iltihablaşmış boğazı daha da qıcıqlandırır və həm də bədən hərarətinin artmasına səbəb ola bilir.

5. Yüksək kalorili qidalar

Soyuqdəymə zamanı insanın iştahası pozulur. Orqanizm virusla mübarizə etmək üçün gücünü səfərbər edir.  Bu zaman ağır, yüksək kalorili qidaların qəbulu xəstəyə heç bir fayda vermir və əksinə orqanizmi yükləyir.

Xəstəlik zamanı yüngül, duru qidaları qəbul edin. Toyuq bulyonu orqanizmə müalicəvi təsir edir, nəfəs yollarının təmizlənməsinə yardım edir.


Etiketlər:  Soyuqdəymənin müalicəsi ilə bağlı YANILMA


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ