Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Iyun 2020 23:20
"Barselona"nın yarımmüdafiəçisi Frenki de Yonqun xidmətindən məhrum olduğunu xəbər vermişdik.
Sonxeber.net matc.az-a istinadən bildirir ki, Kataloniya təmsilçisi zədə səbəbindən İspaniya La Liqasının 30-cu turunda "Sevilya" ilə qarşılaşmanı da buraxmaq məcburiyyətində qalan gənc futbolçu ilə bağlı yeni açıqlama yayıb.
23 yaşlı futbolçu hələ bir müddət komandasına kömək edə bilməyəcək. Onun yaşıl meydanlara nə vaxt qayıdacağı isə dəqiq bilinmir. Klubun yaydığı məlumata görə, bu, futbolçunun müalicəsinin gedişatından asılı olacaq.
Kataloniya təmsilçisindəki ilk mövsümünü keçirən De Yonq bu komandada 38 oyuna çıxıb, 2 qola imza atıb.