Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

App Store-un ötənilki dövriyyəsi yarım trilyon dolları keçib

App Store-un ötənilki dövriyyəsi yarım trilyon dolları keçib

Tarix: 23 Iyun 2020 08:56

Texnologiya nəhəngi Apple-ın "tətbiq marketi" olan App Store ekosisteminin ticarət həcmi ötən il yarım trilyon dolları aşıb.

Milli.Az ted.az-a istinadən bildirir ki, Apple rəqəmli məhsul və xidmətlərlə bağlı fakturalardan yalnız müəyyən faiz aldığından 519 milyard dollar gəlirin 85 faizdən çoxu digər üçüncü tərəf firmalara gedir.

Apple-ın açıqlamasında, həmçinin qeyd edilir ki, 2019-cu ildə tətbiqlərdəki reklam satışlarından 45 milyard dollar gəlir əldə edilib. Bu məbləğin 44 faizi mobil oyunların payına düşür.

App Store-un ötən ilki 519 milyardlıq ticarətinin 413 milyardının fiziki məhsul və xidmətlərin satışından gəldiyi vurğulanır. Bu kateqoriyada satışların əksəriyyəti mobil ticarət vasitəsilə həyata keçirilib. Sözügedən məbləğin 268 milyardlıq hissəsi pərakəndə satışın payına düşür. Onu da qeyd edək ki, pərakəndə satış tətbiqləri, Target və Best Buy kimi fiziki mağazaların rəqəmli təmsilçiləri, eləcə də Etsy kimi fiziki məhsul satan elektron mağazaların alış-veriş saldosu bu rəqəmə daxildir.

Milli.Az


Etiketlər:  App Store un ötənilki dövriyyəsi yarım trilyon dolları keçib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ