Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Əmrah və Asyanın toyu canlı yayımda olacaq

Əmrah və Asyanın toyu canlı yayımda olacaq

Tarix: 23 Iyun 2020 10:30

Aktyorlar Əmrah Dadaşov və Asya Atakişiyeva "5/5" verilişində qonaq olublar.

Sonxeber.net axşam.az-a istinadən bildirir ki, iyunun 1-də koronavirusa görə toyu təxirə salınan cütlüyə aparıcı Zaur Kamal canlı yayımda toy etməyi təklif edib:

"Bütün xərcləri, geyimləri, makiyajı "Xəzər TV" öz öhdəsinə götürür. Müğənniləri də çağıracağıq, balaca toy edəcəyik. Siz də istədiyiniz şəxsləri dəvət edərsiniz".

Zaurun təklifinə Əmrah razılıq verib və daha sonra böyük toy edəcəklərini deyib:

"Böyüklərimizlə məsləhətləşərik. Tamaşaçılarımız da bizi bu şeyə görə qınamazsa, edərik. Məsləhət bilirsinizsə, qınaq obyektinə çevrilməriksə, mümkün olar".

Qeyd edək ki, cütlük bir müddət əvvəl toylarının payız aylarına təsadüf edəcəyini bildirmişdi.


Etiketlər:  Əmrah Asyanın toyu canlı yayımda olacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ