Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Iyun 2020 13:00
Gürcüstandan təxliyə ediləcək Azərbaycan vətəndaşları arasında koronavirusa yoluxma halı müəyyən edilməyib.
Sonxeber.net xəbər verir ki, bu barədə APA-ya Azərbaycanın Tbilisidəki konsulu Ramel Lətifov bildirib.
Onun sözlərinə görə, ötən gün 178 Azərbaycan vətəndaşından götürülən PCR testinin hamısının cavabı neqativ olub, bu səbəbdən vətəndaşların təxliyəsi üçün heç bir maneə qalmayıb.
Qeyd edək ki, Azərbaycan vətəndaşları bir neçə dəqiqə sonra Tbilisidə Azərbaycan səfirliyinin binasının qarşısından ayrılmış 3 xüsusi avtobusla Sınıq Körpü sərhəd keçid məntəqəsinə gətiriləcək. Təxliyə ediləcək şəxslər Azərbaycanda karantində saxlanılmayacaq və onlara qeydiyyatda olduqları əraziyə getmələri üçün ölkə ərazisində bir günlük sərbəst hərəkət icazəsi veriləcək.