Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Iyun 2020 10:35
"Xəzər TV"də yayımlanan "5/5" verilişində aparıcı Zaur Kamalın illər əvvəl Xalq artisti Rafael Dadaşovun evində lentə alınan görüntüləri nümayiş olunub.
Sonxeber.net axşam.az-a istinadən bildirir ki, süjetdə bir dəfə sevdiyini deyən aktyorun sözlərindən sonra, proqramda qonaq olan sənətçinin müğənni qızı Səidə Dadaşova göz yaşlarını saxlaya bilməyib. O, hisslərini belə ifadə edib:
"Heç kimi danmıram, hamının canı sağ olsun. Milyonların sevimlisi olan insan, xanımların yuxusu, qadınlar yoldaşı yanında ola-ola atama sevgi etirafı edirdilər. Bir insanın tək qadın sevməsi, onun üçün xoşbəxtlik deyilmi? O, yalnız birini sevdi, seçdi. Bir kişi kimi onu sevmədilər, xoşbəxt eləmədilər. Onun qədrini bilmədilər. Atam ömürboyu özünü ailəsinə, balalarına həsr elədi".