Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Iyun 2020 15:24
İngiltərə Premyer Liqasının 30-cu turunda “Brayton”la oyunda ağır zədə alan “Arsenal”ın qapıçısı Bernd Lenonun durumuna aydınlıq gəlib.
Qol.az London klubununun rəsmi saytına istinadən xəbər verir ki, ətraflı həkim müayinəsindən sonra 28 yaşlı qolkiperin azı bir ay yaşıl meydanlardan uzaq qalacağı müəyyənləşib.
Rəqib futbolçu Nil Mope ilə toqquşma nəticəsində dizindən zədə alan almaniyalı qapıçının 4-6 həftə aralığında istirahətə ehtiyacı var.
Qeyd edək ki, “Arsenal”ın əsas qapıçısı olan Leno bu mövsüm Premyer Liqada 30 matçın hər birində meydanda olub.