Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Aprel 2019 12:56
AFFA İntizam Komitəsi “Keşlə”nin baş məşqçisi Tərlan Əhmədovu cəzalandırıb.
Qol.az PFL-in saytına istinadən xəbər verir ki, o, Azərbaycan Premyer Liqasının 25-ci turunda "Qarabağ"la matçda (0:3) hakimə qarşı kəskin etiraz etdiyinə görə texniki zonadan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb.
Bundan başqa, klub 800 manat cərimə olunub.