Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Iyun 2020 10:18
"Malyorka"nın futbolçusu Luka Romero La Liqanın tarixinə düşüb.
Qol.az xəbər verir ki, o, İspaniya çempionatının 31-ci turunda "Real"la görüşdə (0:2) meydana çıxaraq bunu bacarıb. Belə ki, argentinalı yarımmüdafiəçi 83-cü dəqiqədə 15 yaş 219 günündə meydana daxil olaraq La Liqada debüt edib. Bununla da, Romero İspaniya çempionatı tarixinin ən gənc oyunçusu olub.
Qeyd edək ki, bundan əvvəlki rekord 1939-cü ilin dekabrında 15 yaş 255 günündə debüt edən "Selta"nın keçmiş oyunçusu Sansona məxsus idi.