Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Iyun 2020 15:38
"Mançester Yunayted"in futbolçusu Antoni Marsyal üçün İngiltərə Premyer Liqasının 31-ci turunda "Şeffild Yunayted"lə oyun (3:0) əlamətdar olub.
Qol.az Britaniya mətbuatına istinadən xəbər verir ki, sözügedən göründə üç qol vuran 24 yaşlı hücumçu "qırmızı şeytanlar"da 7 ildən sonra ölkə çempionatı matçında het-trik edən ilk futbolçu olub. Bundan əvvəl klubun sabiq futbolçusu Robin van Persi 2013-cü ildə "Aston Villa" ilə görüşdə üç qol vurmuşdu.
Qeyd edək ki, A.Marsyal bu mövsüm 36 matçda 19 qol vurub, 5 qolun ötürməsini verib.