Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Aytən Səfərovaya qarşı dələduzluq: ''Özünü həyat yoldaşım kimi təqdim edib rüşvət alır''

Aytən Səfərovaya qarşı dələduzluq: ''Özünü həyat yoldaşım kimi təqdim edib rüşvət alır''

Tarix: 25 Iyun 2020 17:00

Aparıcı Aytən Səfərovaya qarşı dələduzluq edilib.

Sonxeber.net bildirir ki, bu haqda o, axşam.az-a açıqlamasında deyib. Aparıcı bildirib ki, Cəfər adlı bir şəxs özünü onun həyat yoldaşı kimi təqdim edərək, rüşvət alır:

"Bakıda fəaliyyət göstərən özəl klinikalardan birinin baş həkimi mənə zəng edib ki, 40-45 yaş arası bir kişi özünü mənim həyat yoldaşım və TƏBİB-in nümayəndəsi kimi təqdim edir. Onlara qəbzlər verir, pul ödəmələrini tələb edir. Baş həkimlərdən 70-500-1000 manat alır. Eyni zamanda özünü "Xəzər TV"nin əməkdaşı kimi də təqdim edir. Deyir ki, nə probleminiz varsa, Operativ Qərargaha deyin, guya orada çalışır.

Hazırda bu məsələ ilə bağlı hüquq mühafizə orqanlarına müraciət edəcəm. Bu adda tanışım yoxdur. Heç kəsə ixtiyar verilmir ki, dələduzluqla məşğul olsun və tanınmış jurnalistin adından istifadə etsin. Onlara telefon nömrəsi də verib. Amma hazırda həmin nömrəyə zəng edirik, bağlıdır".


Etiketlər:  Aytən Səfərovaya qarşı dələduzluq Özünü həyat yoldaşım kimi təqdim edib rüşvət alır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ