Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bu il özünüməşğulluq proqramına cəlb edilənlərin sayı 3500-ə çatıb

Bu il özünüməşğulluq proqramına cəlb edilənlərin sayı 3500-ə çatıb

Tarix: 25 Iyun 2020 18:08

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən özünüməşğulluq proqramına cəlb edilənlərin sayı 3500-ə çatıb.

Nazirlikdən Sonxeber.net-a verilən məlumata görə, nlardan bir hissəsi artıq təlimlərdə iştirak edib və Xidmət tərəfindən özünüməşğulluq proqramına cəlb edilən digərləri üçün təlimlərin keçirilməsi davam etdirilir.

Hazırda xüsusi karantin rejimi tətbiq edilməyən rayonlarda ümumilikdə 800-dək iştirakçı təlimlərdə iştirak edir. Təlimlər "Vətəndaş qəbulu həyata keçirən qurumlarda koronavirus (COVİD-19) infeksiyasının profilaktikasına dair" metodiki göstərişlərə uyğun şəkildə, 10 nəfərdən ibarət qruplar halında təşkil edilir.

Təlimlər zamanı biznes-plan qurmaq, kiçik biznesin təşkili və inkişaf etdirilməsi üzrə bilik və bacarıqlar öyrədilir.


Etiketlər:  özünüməşğulluq proqramına cəlb edilənlərin sayı 3500 çatıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ