Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Mbappe və Reşford bərabərsəviyyəli futbolçulardılar''

''Mbappe və Reşford bərabərsəviyyəli futbolçulardılar''

Tarix: 25 Iyun 2020 18:56

Fransa millisinin və "Manchester United"in keçmiş futbolçusu Lui Saa Kilian Mbappe və Markus Reşfordu müqayisə edib.

Sonxeber.net goal.az-a istinadən xəbər verir ki, Saa onların bərabərsəviyyəli futbolçular olduqlarını düşünür:

"Mbappe və Reşford bacarıq olaraq bərabərsəviyyəli oyunçulardılar. Hər ikisi sürətlidi, texniki baxımdan güclüdülər, 2-3 müdafiəçi ilə əhatə olunanda vəziyyətdən çıxa bilirlər.

Mövqe olaraq da Kilian və Markus bənzərdilər. Hər ikisi geniş oynamağı sevməklə yanaşı, mərkəzdə də faydalıdılar. Ustalıq baxımından 100% eyni səviyyədədilər. Sadəcə, Mbappe daha stabildi. Digər tərəfdən, Reşford quruculuq mərhələsində olan "Manchester United"də oynadığı üçün, tam olaraq özünü göstərə bilmir". 


Etiketlər:  Mbappe Reşford bərabərsəviyyəli futbolçulardılar


RƏYLƏR