Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Liverpul" azarkeşləri çempionluğu stadionda qeyd etdi

Tarix: 26 Iyun 2020 10:16

İki minə yaxın "Liverpul" azarkeşi komandanın çempionluğunu ev oyunları keçirilən "Enfild" stadionunda qeyd edib.

Qol.az Britaniya mətbuatına istinadən xəbər verir ki, polis əməkdaşları arenanın ətrafındakı yolları bağlasa da, kütləni dağıtmaq üçün cəhd göstərməyib. Fanatlar pirotexniki vasitələrdən də istifadə ediblər.

Azarkeşlər klubun himnini səsləndirmək üçün şəhərin mərkəzində də bir yerə toplaşıb.

Qeyd edək ki, İngiltərə Premyer Liqasının 31-ci turunda "Mançester Siti" səfərdə "Çelsi"yə 1:2 hesabı ilə uduzub və "Liverpul" 1989/1990 mövsümündən sonra ilk dəfə çempion olub.

 


Etiketlər:  Liverpul azarkeşləri çempionluğu stadionda qeyd etdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ