Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Iyun 2020 11:34
Portuqaliyanın Vitoria Setubal futbol klubunun yanvar ayında Romadan icarəyə götürdüyü Mirko Antonuççi sosial media düşkünlüyünə görə komandadan uzaqlaşdırılıb.
Sonxeber.net ölkə.az-a istinadən bildirir ki, Portuqaliya liqasında Setubal Baovişta səfərində 3-1 hesabı ilə məğlub olduqdan bir neçə saat sonra Antonucci sevgilisi 22 yaşlı model Cinevra Lambruşi ilə rəqs etdiyi videosunu sosial mediada paylaşıb.
Bu paylaşım Setubal rəhbərliyinin hiddətinə səbəb olub və 21 yaşlı futbolçunun müqaviləsinə xitam verilib.
Hadisədən sonra Antonucci videonu silərək azarkeşlər və rəhbərlikdən üzr istəsə də, bu nəticəni dəyişməyib.
Qeyd edək ki, 6 aydır ki, sosial media fenomeni, model və influenser olan Cinevra ilə eşq yaşayır.