Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Iyun 2020 20:34
Ermənistan uzun illərdir ki dərin böhran içərisindədir.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, bunu Milli Məclisin deputatı Arzu Nağıyev "Real" TV-yə müsahibəsində deyib.
A.Nağıyev bildirib: "Düşünürəm ki, Paşinyan baş nazir təyin olunanda ona təklif olunmuşdu ki, parlamentdə özünün iqtisadi, siyasi və hərbi konsepsiyası ilə bağlı müəyyən bir açıqlama versin. Yəni mitinqləri idarə etmək bir başqa məsələ idi, dövlətin strukturlarında işləmək, eyni zamanda dövlətin idarəçiliyi, hökümətin rəhbəri olmaq bir başqa məsələdir. Elə o vaxtdan məlum idi ki, onun heç bir konsepsiya yoxdur".