Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Braziliya milisində ciddi itki

Braziliya milisində ciddi itki

Tarix: 14 Iyun 2019 22:00

Braziliya milisi ciddi itki ilə üzləşib.

Qol.az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, komandanın qapıçısı Ederson məşq zamanı zədələnib. Sağ ayaq əzələsində zədə alan "Mançester Siti"nin qolkiperinin 5-7 gün oynamayacağı bildirilib. Bu isə o deməkdir ki, Ederson Amerika kubokunda Boliviya və Venesuela ilə görüşləri buraxacaq. Bu matçlarda qapını Alison Bekerin qoruyacağı gözlənilir.

Qeyd edək ki, Amerika kuboku 15 iyun-7 iyul tarixlərində Braziliyada keçiriləcək.

 


Etiketlər:  Braziliya milisində ciddi itki


RƏYLƏR