Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Iyun 2020 23:51
Qrip və soyuqdəymənin mövsümi infeksiyalar olduğuna çoxdan öyrəşmişik. Ənənəvi olaraq onlar oktyabr, noyabr, dekabr və fevralda alovlanmağa başlayırlar, sonra yoluxma nisbəti aşağı düşməyə başlayır və yazın əvvəlində praktik olaraq yox olurlar. İsti və günəşli hava şəraitinə baxmayaraq, bir çox ölkədə COVID-19 infeksiyası getdikcə azalmasa da, bəzi mütəxəssislər yeni infeksiyanın da mövsümi olacağına inanır.
Sonxeber.net xəbər verir ki, Sankt-Peterburq Elmi-Tədqiqat Epidemiologiya və Mikrobiologiya İnstitutunun direktor müavini Aleksandr Semyonov COVID-19-un mövsümi xəstəliyə çevriləcəyini ehtimal edir. O hesab edir ki, infeksiya rütubətli və sərin havada şiddətlənəcək.
"Hər hansı infeksiyanın əksər patogenləri üçün ümumiyyətlə rütubət əlverişli bir faktdır. Beləliklə, həssas orqanizmə çatanadək və infeksiyaya yoluxana qədər mühitdə gözləyə bilərlər", - Semyonov açıqlamasında qeyd edib.
"Qeyri-mövsümdə" viruslar hara gedir?
Məşhur virusoloq, tibb elmləri doktoru, Qamaleya adına Milli Epidemiologiya Araşdırma Mərkəzinin professoru Anatoli Alşteynin sözlərinə görə, kəskin tənəffüs xəstəliklərinin mövsümi olması həqiqətən şübhə altında deyil.
"Ancaq təəssüf ki, yoluxmaının qarşısını almaq üçün bu şərtsiz bir tabu deyil. Əslində xəstəliyin zənciri qalır. İl boyu qrip və virusa yoluxan, onu ötürən xəstələr həmişə var. Sadəcə belə insanlar azalır. Bununla birlikdə, tənəffüs virusları cəmiyyətdə davam edir.
Bilirik ki, herpes virusu bədənə bir dəfə düşübsə, əbədi olaraq qalır və sinir hüceyrələrində "yaşayır". Bədəndəki tənəffüs virusları isə uzun müddət yaşamır, koronavirus infeksiyasının xroniki hala gələ biləcəyinə dair dəlil yoxdur. Onlar insandan insana ötürülür. Zəncir dəstəklənir. Sadəcə müəyyən dövrlərdə bu xəstəlik geniş yayılmır. Ancaq ötürmə zənciri həmişə saxlanılır".
Seçenov Universiteti Xalq Sağlamlığı Liseyi Məktəbinin professoru Artyom Qilin sözlərinə görə, kəskin respirator virus infeksiyalarının əksəriyyəti dövri xarakterə malikdir:
"Qrip və SARS dalğavari hərəkət edir: payızda və qışda artır, yazda və yayda isə geri çəkilir. Çinin Quandun əyalətində 2002-ci ilin noyabr ayında başlayan və 2003-cü ilin iyununda sona çatan SARS-ın yayılması da eyni ilə belə idi.
İnfeksiyaların tsiklik inkişafı - yəni dalğanın böyüməsində və geri çəkilməsində bir sıra amillər rol oynayır. Bunlar arasında havanın temperaturu, rütubət, açıq havadakı ultrabənövşəyi radiasiyanın intensivliyi, əhalinin immunitet vəziyyəti, qan plazmasında D vitamininin konsentrasiyası və digər şərtlər var".
Epidemioloqlar hesab edirlər ki, istənilən halda effektiv və təhlükəsiz peyvənd hazırlanana qədər ən azı iki əsas təhlükəsizlik tədbirinə riayət olunmalıdır: 1,5-2 metr məsafə və izdihamlı yerlərdə qoruyucu maska taxmaq. (publika.az)