Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Iyun 2020 14:30
Bu gün Əli Kərimli və "Milli Şura"nın fəaliyyəti ermənilərin maraqlarına qulluq etməkdədir. Cənab Prezident tamailə düzgün qeyd etdi ki, həmin qüvvələr antimilli şuradır! Onlar yarandığı vaxtdan bu günə kimi bütün fəaliyyətini Azərbaycanın dövlət və milli maraqlarına zərbə vurmağa yönəldiblər.
Sonxeber.net bildirir ki, bunu Trend-ə açıqlamasında Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) sədrinin müavini Niyaməddin Orduxanlı deyib.
N.Orduxanlı bildirib ki, "Milli Şura" üzvləri bunu özlərinin videoiclaslarında da ortaya qoyurlar: "Bütün imkanları ilə dövlətimizin nüfuzdan düşməsi və zəyiflədilməsi siyasətini aparırlar. Neftin uçuzlaşmasını toy-bayram kimi qeyd edirlər. Adını "ziyalı" qoyan Cəmil Həsənli və digərlərinın ağzı üfünət qoxur. İnsanları siyasi baxışına görə təhqir edirlər. Budur onların əsl sımaları! Azərbaycan Prezidenti ordu quruculuğunda çox önəmli addımlar atır, dünyanın ən inkişaf etmiş ölklərinin hərbi təchizatının Azərbaycana gətirilməsini həyata keçirir. Yəni dünyanın ən müasir silah-sürsatını əldə edirik.
Lakin bunu həzm edə bilməyən Əli Kərimli və antimilli şura ermənilərin xeyrinə fəaliyyət göstərirlər. Radikal müxalifətin antimilli mahiyyəti, onların "Azərbaycana nə qədər pisdirsə, bizə o qədər yaxşıdır" kimi düşmən mövqeyinin ifşa olunması faktdır. Bu gün radikal müxalifətin bu siyasət yürütməsinin əsas şərti həm də xarici dairələrin tapşırığı əsasında həyata keçirilir. Bunun üçün kifayət qədər maliyyə vəsaiti ayrılır. Təbii ki, bu məsələdə erməni diasporasının rolu böyükdür. Ermənilər birbaşa və ya dolayısı ilə həmin qüvvələrə maliyyə dəstəyi verir. İmkan düşdükcə Azərbaycan dövlətinin imicinin korlanmasında yaxıdan iştirak edirlər".
N.Orduxanlı əlavə edib ki, radikal müxalifət dünənə qədər Ermənistanda Paşinyan hakmiyyətini "demokratik hakmiyyət" adlandırıdı və təqdir edirdi: "Ancaq son günlərdə Ermənistanda antidemokratiya və diktaturanın ifşa olunması faktına heç bir reaksiya vermir, Paşinyanın qeyri-qanuni həbslərinə münasibət bildirmir. Bu gün Ermənistanda onlarla QHT sədri, partiya sədrləri, jurnalistlər, bloqerlər həbsdədir. Keçmiş hərbçilər, generallar, nazirlər və digər dövlət qurumlarında çalışan şəxslər həbs olunublar. Bütün bunları Paşinyan edib. Cəmiyyətimiz bu siyasi qüvvələrin hər zaman xəyanətkar və satqın fəaliyyətinin şahidi olub. Və bunun sübutuna ehtiyac belə yoxdur".