Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Hemodializin risk faktorları

Hemodializin risk faktorları

Tarix: 28 Iyun 2020 17:21

Bəzi xəstəliklər vardır ki, onlar böyrəklərin fəaliyyətini korlayır və onun süzmək qabiliyyətini zəiflədir. Belə xəstəliklərə şəkərli diabet, yüksək arterial təzyiq, qlomerulanefrit, vaskulit, böyrəklərin polikistozu aiddir. Bunlardan başqa böyrəklərin fəaliyyətinin pozulmasına kəskin böyrək xəstəlikləri, ağır travmalar, keçirilmiş ağır əməliyyatlar, ürək pristupları da səbəb ola bilir.
Hemodializ qanın xüsusi filtir vasitəsilə təmizlənmə üsuludur. Hemodializ zamanı qanın müəyyən hissəsi zərərli maddələrdən təmizlənir. Xəstə düzgün göstərişlə hemodializ olunarsa, 10 illərlə müalicə ala bilər. Əgər xəstə ona tövsiyə olunan rejimə əməl edərsə və tibbi məsləhətləri yerinə yetirərsə, o öz iş qabiliyyətini saxlaya bilər. Hemodializ, böyrəklərinin süzmək qabiliyyəti olmayan xəstələrin son ümidi sayılır, risk faktorları da mövcuddur. Hemodializ olunan xəstələrdə arterial təzyiq aşağı düşür, dəridə qaşınmalar baş verə bilir. Arterial təzyiqin düşməsi səbəbindən xəstələrdə təngnəfəslik meydana çıxır, əzələlərdə spazmlar, ürəkdöyünmə və qusma baş verə bilir. Damarlarda baş verən spazmlar bəzən hemodializin sürətini və intensivliyini ləngidə bilir.
Qaşınma.
Bir çox xəstələrdə hemodializ zamanı qaşınmalar müşahidə olunur. Qaşınmalar prosedur baş verən zaman və ya ondan sonra baş verə bilir.
Ağrı.
Bəzi xəstələrin əzələlərində ağrılar baş verə bilir. Ağrı ən çox ayaq əzələlərində baş verir və xəstə gəzməkdə çətinlik çəkir.
Anemiya.
Xəstələrin qanında qırmızı qan hüceyrələrinin miqdarı azaldığı üçün hemodializdən sonra onlarda anemiya müşahidə edilir. Böyrək çatışmazlığı qırmızı qan hüceyrələrinin əmələ gəlməsinə səbəb olan eritropoetin hormonunun funksiyasını pozduğuna görə xəstələrin əksəriyyətində anemiya hemodializə qədər də müşayiət olunur.
Sümük sisteminin xəstəlikləri.
Böyrəklər öz normal funksiyalarını yerinə yetirə bilmədikdə orqanizmdə D vitamininin sorulması prosesi də pozulur. Bu zaman kalsi mübadiləsi də korlanır ki, nəticədə sümüklər kövrəkləşir.
Arterial təzyiq.
Böyrək çatışmazlığının törətdiyi patologiyalardan biri də arterial təzyiqin yüksək olmasıdır. Xəstələrin normadan artıq duz və maye qəbul eləməsi vəziyyəti daha da çətinləşdirir. Arterial təzyiqin yüksək olması xəstənin insult və ya ürək xəstəliyinə tutulmasına səbəb ola bilər.
Perikardit.
Hemodializin intensiv və lazımi qaydada olmaması perikarditə səbəb ola bilir. Bu zaman ürək qanı normada və lazımi miqdarda vurub çatdıra bilmir və ürəkdə durğunluq əmələ gəlir.


Etiketlər:  Hemodializin risk faktorları


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ