Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Iyun 2020 23:20
Bakı. Trend:
Türkiyənin Muğla vilayətində 5,2 bal gücündə zəlzələ baş verib.
Trend-in məlumatına görə, yeraltı təkanlar yerli vaxtla saat 20:43-də qeydə alınıb. Zəlzələnin episentri Marmaris rayonunda olub.
Zəlzələlərin ocağı 5,6 kilometr dərinlikdə yerləşib. Zəlzələ İzmir və ətraf vilayətlərdə də hiss olunub.
Vilayətin qubernatoru dağıntı və tələfatın qeydə alınmadığını bildirib.