Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Iyun 2020 16:36
"İnter"in qapıçısı Tommaso Berni futbol tarixinin bəlkə də, ən pis statistikasına imza atıb.
Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, 37 yaşlı qapıçı A Seriyasının 38-ci turunda "Parma" ilə səfər oyununda (2:1) ehtiyat oyunçular skamyasında olduğu halda qırmızı vərəqə alıb.
Komandanın 3-cü qapıçısı bununla da "İnter"də ikinci dəfə qırmızı vərəqə ilə cəzalandırılıb. Maraqlıdır ki, o, "Kalyari" ilə görüşdə də ehtiyat oyunçular skamyasında olarkən qırmızı vərəqə almışdı.
2014-cü ildən "İnter"də çıxış edən Berni 6 il ərzində heç bir rəsmi qarşılaşmada oynamayıb. Onun Milan klubunda 6 illk karyerasındakı "fəaliyyəti" yalnız iki qırmızı vərəqədən ibarətdir.
Qeyd edək ki, Berninin "İnter"lə müqaviləsi mövsümün sonuna qədərdir.