Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Füzulidə raketinin döyüş başlığı aşkarlanıb (FOTO)

Füzulidə raketinin döyüş başlığı aşkarlanıb (FOTO)

Tarix: 29 Iyun 2020 20:51

Bakı. Trend:

2020-ci il 28 İyun tarixində Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinə Füzuli rayonu, Qaraxanbəyli kəndi ərazisində 1 ədəd mərminin tapılması barədə məlumat daxil olub.

Agentlikdən Trend-ə bildirilib ki, məlumatın gecə saatlarında daxil olmasını və ərazinin rayon mərkəzindən uzaqda yerləşməsini nəzərə alaraq, Agentliyin xüsusi mobil çevik əməliyyat və partladıcı axtaran xüsusi təlim keçmiş itlərdən ibarət kinoloji qrupları və Daxili İşlər Nazirliyinin Füzuli rayon Polis Şöbəsinin əməkdaşları növbəti iş günü əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri və Füzuli rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş əraziyə baxış keçirilmişdir. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polislər tərəfindən mühasirəyə alınmışdır. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd 122 mm-lik 9M22U raketinin döyüş başlığı aşkar olunmuş, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınmışdır.

Döyüş başlığının ətrafında 300 kv.m əraziyə yerüstü, 150 kv.m əraziyə isə yeraltı baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

Füzulidə raketinin döyüş başlığı aşkarlanıb (FOTO) - Gallery Image Füzulidə raketinin döyüş başlığı aşkarlanıb (FOTO) - Gallery Image Füzulidə raketinin döyüş başlığı aşkarlanıb (FOTO) - Gallery Image Füzulidə raketinin döyüş başlığı aşkarlanıb (FOTO) - Gallery Image Füzulidə raketinin döyüş başlığı aşkarlanıb (FOTO) - Gallery Image Füzulidə raketinin döyüş başlığı aşkarlanıb (FOTO) - Gallery Image Füzulidə raketinin döyüş başlığı aşkarlanıb (FOTO) - Gallery Image Füzulidə raketinin döyüş başlığı aşkarlanıb (FOTO) - Gallery Image Füzulidə raketinin döyüş başlığı aşkarlanıb (FOTO) - Gallery Image Füzulidə raketinin döyüş başlığı aşkarlanıb (FOTO) - Gallery Image Füzulidə raketinin döyüş başlığı aşkarlanıb (FOTO) - Gallery Image Füzulidə raketinin döyüş başlığı aşkarlanıb (FOTO) - Gallery Image Füzulidə raketinin döyüş başlığı aşkarlanıb (FOTO) - Gallery Image Füzulidə raketinin döyüş başlığı aşkarlanıb (FOTO) - Gallery Image Füzulidə raketinin döyüş başlığı aşkarlanıb (FOTO) - Gallery Image


Etiketlər:  Füzulidə raketinin döyüş başlığı aşkarlanıb FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ