Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

ABŞ-ın Florida ştatında atışmada bir nəfər ölüb

ABŞ-ın Florida ştatında atışmada bir nəfər ölüb

Tarix: 30 Iyun 2020 05:08

ABŞ-ın Florida ştatında "Amazon" korporasiyasının Ceksonvildəki anbarı yaxınlığında atışma baş verib. Hadisə nəticəsində 1 nəfər ölüb, daha iki nəfər yaralanıb.

Trend-in TASS-a istinadən verdiyi məlumata görə, bu barədə yerli şerifin nümayəndəsi brifinqdə bildirib.

Bildirilir ki, tapançalarla silahlanmış iki nəfər maşından düşərək şirkətdə işləmək üçün müraciət edənlər sırasına yaxınlıaşıb və ordakı adamlara atəş açıblar. Hücuma məruz qalanlardan biri ölüb və daha iki nəfər yaralanıb.

Yaralılar xəstəxanaya çatdırılıb və həyatları üçün heç bir təhlükə yoxdur.

Hüquq-mühafizə orqanlarının əməkdaşlarının sözlərinə görə, hadisə "xidməti zorakılıq" kimi qiymətləndirilmir.

Polis şübhəliləri axtarır. Hadisənin səbəbləri müəyyən edilməyib.


Etiketlər:  ABŞ ın Florida ştatında atışmada bir nəfər ölüb


RƏYLƏR