Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Cənubi Koreyada sürücülük vəsiqəsi smartfonda proqram kimi əlçatan olacaq

Cənubi Koreyada sürücülük vəsiqəsi smartfonda proqram kimi əlçatan olacaq

Tarix: 30 Iyun 2020 07:12

Cənubi Koreyanın üç ən böyük telekommunikasiya şirkəti ölkənin Daxili İşlər Nazirliyi ilə birgə sürücülük vəsiqəsinin "PASS" mobil tətbiqinə inteqrasiyası üzrə layihəni işə salır. İyul ayından etibarən sürücülük vəsiqəsi yalnız rəqəmli formada təqdim ediləcək.

Sonxeber.net ictnews.az-a istinadən bildirir ki, "SK Telecom", "KT" və "LG Uplus" şirkətləri Cənubi Koreyanın polis idarəsi və "ATON" şirkəti ilə birgə sürücülük vəsiqəsinin rəqəmli versiyası üzərində işləyir və o, "Android" və ya "iOS" sistemlərinin idarəetməsi altında işləyən istənilən smartfona yüklənə bilər.

İstifadəçilər mobil proqramda rəqəmli lisenziya, şəkil, QR kod və ştrix koddan ibarət öz məlumatlarını qeyd edə biləcəklər. Proqramdakı məxfi informasiya ekran görüntüsünü kənar gözlərdən gizlədən xüsusi animasiya və blokçeyn texnologiyaları ilə qorunacaq. Sürücülük vəsiqəsi yalnız bir smartfonla əlaqələndirilə bilər.


Etiketlər:  Cənubi Koreyada sürücülük vəsiqəsi smartfonda proqram kimi əlçatan olacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ