Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Iyun 2019 22:20
20 yaşadək futbolçular arasında dünya çempionatının qalibi müəyyənləşib.
Qol.az-ın məlumatına görə, final oyununda Ukrayna və Cənubi Koreya milliləri qarşılaşıb. 3:1 hesabı ilə qalib gələn Ukrayna millisi turniri məğlubiyyətsiz başa vuraraq tarixində ilk dəfə olaraq dünya çempionu olub. Cənubi Koreya ilə gümüş medalla kifayətlənib.
Ukrayna U-20 - Cənubi Koreya U-20 - 3:1
Qollar: Lee, 5-pen (1:0), Supriaqa, 34 (1:1), 53 (2:1), Tsitasişvili, 89 (3:1)
Qeyd edək ki, turnirin üçüncüsü İtaliyanı 1:0 hesabı ilə məğlub edən Ekvador millisi olub.