Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Iyun 2020 21:36
Xəbər verdiyimiz kimi, İnstaqram sosial şəbəkəsində yeni kiberhücum növü aşkarlanıb. Kibercinayətkarlar Azərbaycandan olan insanlar daxil bütün istifadəçilərə "İnstagramcopyrights" saxta hesabından spam linki ehtiva edən ismarıc göndərirlər.
Sonxeber.net ted.az-a istinadən bildirir ki, kiberhücumların həmin növü artıq votsapda da tətbiq olunur.
İstifafəçilərin votsapına göndərilən ismarıcda aşağıdakı sözlər qeyd olunur:
"Salam! Hesabınızın müəllif hüquqları qorunur. Bu gün hesabınızı nəzərdən keçirdikdə, hesabınızda bəzi elementləri ləğv etdik, çünki son paylaşımınız müəllif hüquqları ilə qorunan materialları ehtiva edir. Müəlliflik hüququ bizim üçün çox vacibdir, əgər 24 saat ərzində heç bir etiraz bildirməsəniz, hesabınız silinəcək! Hesabınızın silinməyini istəmirsinizsə, bizə apellyasiya bildirişini göndərin. Bunun üçün aşağıdakı linkə keçid edin..."
Bu ismarıcda yer alan linkə keçid etdikdən sonra şəxsi məlumatlarınız başqa serverə sızdırıla bilər.
Nəzərinizə çatdıraq ki, link haqqında məlumat oxucuların təhlükəsizliyi üçün qeyd olunmayıb.