Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Coca-Cola sosial şəbəkələrdə reklam yerləşdirməkdən imtina edir

Coca-Cola sosial şəbəkələrdə reklam yerləşdirməkdən imtina edir

Tarix: 30 Iyun 2020 21:48

Dünyanın ən iri alkoqolsuz içki istehsalçısı olan "Coca-Cola" şirkəti azı 30 gün müddətində sosial şəbəkələrdə reklam yerləşdirməkdən imtina edəcək.

Sonxeber.net ted.az-a istinadən bildirir ki, bunu şirkətin baş icraçı direktoru Ceyms Kuinsi deyib.

O bildirib ki, bu qərar Feysbukun irqçilik, zorakılıq kimi mövzularda paylaşımların nizamlama qaydalarının olmaması ilə bağlı atılıb.

C.Kuinsi bildirib ki, şirkət bu müddət ərzində öz reklam siyasətini təkrar nəzərdən keçirəcək.

Qeyd edək ki, bir müddət əvvəl "Unilever" şirkəti də Feysbuk, Instaqram və Tvitterdə reklam yerləşdirməyi dayandırmışdı.


Etiketlər:  Coca Cola sosial şəbəkələrdə reklam yerləşdirməkdən imtina edir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ