Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Iyun 2020 23:28
Amazon şirkəti aşağı səviyyəli karbon qazı ixrac edən texnologiyaları istehsal edən şirkətlərə (Greentech şirkətlər) investisiya yatıracaq.
Sonxeber.net ted.az-a istinadən bildirir ki, şirkət bunun üçün 2 milyard dollar büdcəyə sahib The Climate Pledge Fund adlı investisiya fondu yaradacaq. Fond nəqliyyat, logistika, energetika, kənd təsərrüfatı da daxil olmaqla müxtəlif sahələrdə fəaliyyət göstərən Greentech şirkətləri dəstəkləyəcək.
Yeni yaradılacaq fond [email protected] mail ünvanına göndərilən layihələri nəzərdən keçirəcək.
Qeyd edək ki, bu investisiya fondu Amazon şirkətinin iqlim dəyişikliyi ilə mübarizə proqramının bir hissəsidir. Şirkət 2040-cı ilə kimi karbon qazı ixracını sıfıra endirəcəyinə söz verib.