Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Iyun 2019 11:04
Bakı. Trend:
Mahaçqalada iyunun 11-i tankerdə baş verən partlayış nəticəsində ölənlərin sayı 4-ə çatıb.
Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, daha əvvəl insident nəticəsində 3 nəfərin öldüyü, daha 3 nəfərin isə yaralandığı bildirilirdi.
Qeyd edilir ki, tankerdə 12 nəfər olub: "Onlardan 9-u sahilə təxliyə edilib. Təxliyə edilənlərdən 3 nəfər xəstəxanaya yerləşdirilib. İnsident nəticəsində 4 nəfər həlak olub".
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin