Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Əhməd bəy Ağaoğlunun abidəsi ucaldılsın - Millət vəkilindən təklif

Əhməd bəy Ağaoğlunun abidəsi ucaldılsın - Millət vəkilindən təklif

Tarix: 23 Aprel 2019 13:45

Bakı. Elçin Mehdiyev - Trend:

Millət vəkili Qənirə Paşayeva bu gün parlamentin iclasında çıxışı zamanı Prezident İlham Əliyevə özünün və ziyalılar adından böyük mütəfəkkirlərdən biri, ictimai xadim Əhməd bəy Ağaoğlunun 150 illik yubileyinin keçirilməsi haqqında imzaladığı sərəncamından dolayı təşəkkürünü bildirib.

Trend-in məlumatına görə, Q.Paşayeva bildirib ki, Əhməd bəy Ağaoğlu Azərbaycanın yetişdirdiyi böyük şəxsiyyətlərdən biridir: "Əhməd bəy Ağaoğlu erməni daşnaklarının XX əsrin əvvəllərində dinc azərbaycanlılara qarşı törətdiyi qətliamlara, cinayətlərə qarşı mübarizədə "Difai" təşkilatını quraraq böyük rol oynamışdı. Ziyalılarımız adından müvafiq qurumlara müraciət edərək xahiş etmək istərdim ki, Əhməd bəy Ağaoğlunun əslən Şuşadan, Qarabağdan olduğunu nəzərə alaraq Qarabağ bölgələrinin birində Əhməd bəy Ağaoğlunun heykəlinin, abidəsinin ucaldılması çox yaxşı olardı".

Eyni zamanda onun haqqında filmin çəkilməsi də çox vacib məsələ olduğunu deyən deputat bununla bağlı təklif irəli sürüb: "Xalq şairimiz Sabir Rüstəmxanlı Əhməd bəy Ağaoğlunun həyatından bəhs edən "Difai fədailəri" adlı əsər yazıb və bu əsər əsasında filmin çəkilməsi çox yaxşı olardı".

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Əhməd bəy Ağaoğlunun abidəsi ucaldılsın Millət vəkilindən təklif


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ