Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Iyun 2019 17:20
"Yuventus"un yeni baş məşqçisi müəyyənləşib.
Qol.az-ın klubun rəsmi "Tvitter" səhifəsinə istinadən yaydığı xəbərə görə, komanda "Çelsi"dən ayrılan Mauritsio Sarriyə tapşırılıb. İtaliyalı mütəxəssislə 3 illik müqavilə bağlanılıb.
Qeyd edək ki, "Yuventus"un ötən ilin yayından "Çelsi"ni çalışdıran Sarri üçün London klubuna 5 milyon avro təzminat ödəyəcəyi iddia olunur.