Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Iyul 2020 17:12
Tibbi maska və əlcəklərin gömrük rüsumundan azad edilməsi müddəti uzadıldı
"Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri"ndə dəyişiklik edilməsi barədə" qərarın müddəti uzadılıb.
Nazirlər Kabinetindən Sonxeber.net-a verilən məlumata görə, Azərbaycana idxal edilən tibbi maska və əlcəklərin gömrük rüsumundan azad edilməsi sentyabrın 1-dək uzadılıb.
Qeyd edək ki, tibbi maska və əlcəklərin gömrük rüsumundan azad edilməsi ilə bağlı ilk qərar martın 5-də verilib.