Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Iyul 2020 20:18
Portuqaliya Futbol Federasiyası bu il keçirilməli olan ölkə superkubokunun ləğv olunduğunu açıqlayıb.
Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, bu barədə qurumun saytı məlumat yayıb. Superkubok "Portu" və "Benfika" arasında keçirilməli idi.
Federasiya eyni zamanda ölkə kuboku ilə bağlı da qərar verib. Koronavirus səbəbindən qeyri-müəyyən müddətə kimi təxirə salınan turnirin avqustun 1-i, azarkeşsiz keçiriləcəyi açıqlanıb. Koimbra şəhərindəki finalda "Benfika" və "Portu" üz-üzə gələcək.