Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ronaldonun rekordu yeniləndi

Ronaldonun rekordu yeniləndi

Tarix: 2 Iyul 2020 22:40

Portuqaliyanın “Sportinq” klubunun futbolçusu Joelson Fernandes "Yuventus"un hücumçusu  Kriştiano Ronaldoya məxsus rekordu yeniləyib.

Qol.az xəbər verir ki, gənc hücumçu Portuqaliya çempionatının 29-cu turunda “Jil Visente” ilə matçda bu rekorda imza atıb. O, 17 yaş 4 ay 3 günlüyündə əsas komandada debüt edib.

Ronaldo isə “Sportinq”də İtaliya “İnter”inə qarşı 17 yaş 6 ay 9 günlüyündə meydana çıxıb.

Qeyd edək ki, Ronaldo 1997-2002-ci illərdə “Sportinq”də 25 oyuna 3 qol vurub.

 


Etiketlər:  Ronaldonun rekordu yeniləndi


RƏYLƏR