Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Iyul 2020 23:48
"Valensiya" klubunun səhmləri satışa çıxarılıb.
Sonxeber.net APA-ya istinadən xəbər verir ki, klubun sahibi Piter Lim bu qərara gəlib.
O, menecer Xorxe Mendezə yeni səhmdar axtarışı üçün göstəriş verib. Artıq 3 təklifin olduğu bildirilir. Həmin şəxslərin adları açıqlanmır, ancaq birinin "Valensiya" əfsanəsi, birinin sabiq baş məşqçi, birinin isə keçmiş prezident olduğu iddia edilir.
Qeyd edək ki, bu mövsüm "yarasalar"da əvvəlcə idman direktoru Sezar Sançes, daha sonra isə baş məşqçi Albert Selades istefa verib. Klub hazırda 46 xalla La Liqanın 10-cu pilləsində qərarlaşır.