Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

PSJ Neymarı satmağa hazırdır - iddia

PSJ Neymarı satmağa hazırdır - iddia

Tarix: 17 Iyun 2019 01:16

Neymar bu yay PSJ-dən ayrıla bilər.

Qol.az xəbər verir ki, bu barədə Fransanın dünyaca məşhur "L`Equipe" nəşri məlumat yayıb. Paris təmsilçisinin braziliyalı hücumçunu sata biləcəyi istisna olunmur. İddiaya görə, klub rəhbərliyi yaxşı təklif gələcəyi halda 27 yaşlı futbolçunu buraxmağa hazırdır.

Artıq Neymarın da yaxın ətrafına Fransada qalmaq istəmədiyi və komandadan getmək niyyətində olduğu barədə xəbərlər yayılıb. Hətta təcrübəli forvardın meneceri Pini Zahavinin oyunçunu İspaniyaya qaytarmaq üçün lazımı işlərə başladığı iddia olunur.

Qeyd edək ki, Neymarın 2022-ci ilin yayına qədər PSJ ilə müqaviləsi var.

 


Etiketlər:  Neymarı satmağa hazırdır iddia


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ