Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Türkiyenin Sesi'' Radiosu və Azərbaycan Radiosu birgə yayımlara başlayır

''Türkiyenin Sesi'' Radiosu və Azərbaycan Radiosu birgə yayımlara başlayır

Tarix: 3 Iyul 2020 21:27

Bakı. Trend:

Azərbaycanın və Türkiyənin dövlət radioları yeni layihəyə başlayırlar.

Trend-in məlumatına görə, "Türkiyenin Sesi" Radiosu və Azərbaycan Radiosu birgə yayılmalara başlayacaq. "Durna teli" proqramı iki qardaş ölkənin səsini birləşdirəcək, ortaq dəyərləri, dili və düşüncə birliyini gücləndirəcək.

Proqram iki ölkə xalqları arasında baş verənlər haqqında doğru və müntəzəm xəbərlər paylaşmaq, dil və düşüncə birliyini artırmaq məqsədini daşıyır. Bu səbəblə, "Durna teli" proqramında iki ölkə arasında birlik və həmrəylik hisslərinin daha da gücləndirilməsi üçün bir çox mövzu müzakirə ediləcək.


Etiketlər:  Türkiyenin Sesi Radiosu Azərbaycan Radiosu birgə yayımlara başlayır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ