Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

iPhone 12-nin istehsalı gecikir

iPhone 12-nin istehsalı gecikir

Tarix: 4 Iyul 2020 08:56

Nikkei saytının yeni hesabatına əsasən Apple şirkəti səhiyyə sahəsindəki qlobal böhran səbəbilə iPhone 12-nin irimiqyaslı istehsalı məsələsində 4-8 həftə gecikmə problemini yaşayır. Məlumata əsasən şirkət bu gecikməni minimuma endirmək üçün əlindən gələni edir. Lakin iPhone 12-nin irimiqyaslı istehsalının startı artıq 1 ay gecikir. Şirkətin planları ilə yaxından tanış olan mənbələr Nikkei saytına bildiriblər ki, bəzi iPhone 12 modellərinin istehsalı oktyabr ayının əvvəlinə təxirə salına bilər.

Belə ki, həmin smartfonlar bir sıra testlərdən keçməlidirlər. Həmçinin onların final dizaynları hələ təyin edilməyib. Hələ aprel ayında The Wall Street Journal saytının jurnalistləri qeyd etmişdilər ki, iPhone 12-nin istehsalı təqribi olaraq 1 ay gecikir. Çox güman ki, Apple şirkəti öz yeni smartfonlarını sentyabr ayında təqdim edəcək, lakin onların satışları oktyabr və ya noyabr ayında başlayacaq.

Milli.Az


Etiketlər:  iPhone 12 nin istehsalı gecikir


RƏYLƏR