Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Iyul 2020 15:02
Azərbaycanda stadionların ot örtüyünə qulluq edən Fil Şarples ölkəni tərk edib.
Qol.az-ın məlumatına görə, bu barədə ingiltərəli mütəxəssis sosial şəbəkə vasitəsilə açıqlama verib.
O, hava limanında olduğunu bildirib. Mütəxəssis onun üçün artıq bir dövrün bitdiyini vurğulayıb.
Şarples "Facebook" hesabında "Sağ ol, Azərbaycan. Burada çox yaxşı vaxt keçirdim. Tanıdığım hər kəsə təşəkkür edirəm" yazıb.
Qeyd edək ki, Fil Şarples Qəbələ şəhər stadionu, Tofiq Bəhramov adına Respublika stadionu və digər arenalarda ot örtüyünə qulluq edib.